AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa” bukleti çapdan çıxıb.
Bu barədə institutdan
məlumat verilib. Bildirilib ki, Şuşa haqqında həqiqətləri dünya xalqlarına
çatdırmaq məqsədilə bukletin materialları Şərqşünaslıq İnstitutunun əməkdaşları
tərəfindən rus, ingilis, türk, ərəb, fars və Çin dillərinə tərcümə olunub və
Azərbaycan dili ilə yanaşı, ayrı-ayrılıqda qeyd olunan 6 dildə də çap edilib.
Bukletdə Azərbaycanın
mədəniyyət paytaxtı Şuşanın tarixindən ətraflı bəhs edilir. Nəşrdə, həmçinin
Şuşa toponiminin etimologiyası, şəhərin təsərrüfat sahələri, tarixi abidələri
haqqında məlumat verilir. Eyni zamamnda, Şuşanın mədəniyyət tarixinə, görkəmli
mədəniyyət xadimlərinə aid məlumatlarla tanış olmaq olar. Bukletdə, həmçinin
işğal dövründə Şuşa şəhərinin ermənilər tərəfindən dağıdılan binalarından,
tarixi abidələrindən, talan edilən mədəniyyət nümunələrindən bəhs edilir.
Oxucuların nəzərinə 2020-ci
ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan
torpaqlarının, o cümlədən noyabrın 8-də Şuşanın azad edilməsi, bu zaman
Azərbaycan hərbçilərinin göstərdiyi rəşadət haqqında məlumat da çatdırılır.
Sonda Şuşa şəhərinin bərpası
istiqamətində görülən işlər haqqında məlumat verilir və bukletin
hazırlanmasında istifadə edilən ədəbiyyatın siyahısı diqqətə çatdırılır.
Dumanlı Şuşa