AMEA Mərkəzi Elmi Kitabxanasına Riqa şəhərində latış
dilində nəşr edilən “Şuşa – Azərbaycanın incisi” kitabı daxil olub.
MEK-dən
bildirilib ki, professorlar Kaspars Klavinş, Elçin Əhmədov və siyasi elmlər
üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab Azərbaycanın
Latviyadakı səfirliyinin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk
nəşrdir.
Riqa
şəhərində nəfis tərtibatda çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni
irsi və görkəmli şəxsiyyətləri, Ümummilli Lider Heydər Əliyevin Şuşanın
inkişafına göstərdiyi qayğı və Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi altında Şuşanın işğaldan azad olunmasından sonra burada
həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat
verilir.
Qeyd edək
ki, kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyilə
“Şuşa İli” çərçivəsində nəşr olunub.