Bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5624 çadır göndərilib.
Bunu bu gün
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı brifinq zamanı deyib.
O qeyd edib ki, 25
minə yaxına adyal, 401 ton tibb ləvazimat da Türkiyəyə çatdırılıb.
“Azərbaycandan 6240
isidici, 737 ton ərzaq göndərilib. Ümumilikdə 1541 ton yardım zəlzələ bölgəsinə
çatdırılıb”,- deyə səfir əlavə edib.
Qeyd edək ki, fevralın
6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan
rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan
zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə
üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir
həftəlik matəm elan olunub.