Şuşa +9 °C  
"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Gent” (Belçika) ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

Klubun  yaydığı müraciətdə bildirilir:

"24 min ürəyin düyüntüsünü, o ürəklərdən gələn “Qarabağ” çağırışını artıq indidən eşidirik. İnanırıq ki, 31 min azarkeş stadionda, milyonlar isə ekran qarşısında “Qarabağ”la nəfəs alacaq. Tərimizin son damlasına qədər Azərbaycanımız üçün oynayacağımızdan əmin olun. Odur ki, siz də bizə daha yaxın olmağa, stadionda yerinizi tutmağa çalışın.

Satışda hələ də 7 min bilet qalıb. Almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!

Təşəkkürlər, “Qarabağ” azarkeşi! Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşənədək".

Xatırladaq ki, "Qarabağ"la "Gent" arasında ilk matç fevralın 16-da Bakıda (başlama saatı yerli vaxtla 21:45), cavab görüşü fevralın 23-ü Belçikada keçiriləcək.