Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar
Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü
zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını
fasiləsiz davam etdirirlər.
Bu barədə FHN-dən
bildirilib.
Qeyd edilib ki, FHN-in xilasediciləri
zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata
keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53
nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə
əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq
edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.