Şuşa +12 °C  
MN: Kəlbəcər, Laçın və Daşkəsəndə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib

MN: Kəlbəcər, Laçın və Daşkəsəndə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib

Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bugünədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib.