2022-2026-cı illərdə Füzuli, Ağdam,
Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır.
Bunu Şəhərsalma Məsələləri üzrə İşçi
Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi
nümayəndəsi Emin Hüseynov bildirib.
"Baş plan ilk olaraq Ağdamda təsdiq
olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən 2
yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə
tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət
kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər
qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı
infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş
layihələr üzrə işçi qrupları formalaşdırılır", - deyə o qeyd edib.