Hazırda Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci
mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonuna qədər işlər başa çatdırılacaq.Bu
barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Ümid edirik ki, fevralın sonuna qədər həmin ərazi 20 ailənin
köçürülməsi üçün hazır olacaq. Hazırda orda gecə-gündüz orda iş aparılır
", - deyə o qeyd edib.