Şuşa +8 °C  
İdris İsmayılov: Təkcə Ağdamda 64 mina hadisəsi baş verib

İdris İsmayılov: Təkcə Ağdamda 64 mina hadisəsi baş verib

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə minalar var. Təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. Örüş ərazilər hələ ki, təyin edilməyib.Bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

“Xudafərin kəndi ilə magistral yol arası 15-16 kilometrdir. Burada hər hansı yolun təmizlənməsi nəzərdə tutulmayıb. Soltanlı kəndində sənaye parkı yaradılacaq və bu yolda 450 tank əleyhinə mina var. Təkcə Ağdamda 64 mina hadisəsi baş verib. Ümumilikdə, 282 mina hadisəsi olub”, - deyə o əlavə edib.