Şuşa +8 °C  
Ağdam şəhərinin yaşayış məhəllələrində tikiləcək mənzillərin sayı müəyyənləşib

Ağdam şəhərinin yaşayış məhəllələrində tikiləcək mənzillərin sayı müəyyənləşib

Ağdam şəhərinin birinci yaşayış məhəlləsində 1139 mənzilin tikintisi və 4977 nəfərin köçürülməsi planlaşdırılır. İkinci yaşayış məhəlləsində 1261 mənzil tikiləcək və 5510 nəfər köçürüləcək. Hər iki faza üzrə işçi layihələrin hazırlanması üçün müqavilələr bağlanılıb.Bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib.

Onun sözlərinə görə, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin sol tərəfində üçüncü və dördüncü yaşayış məhəlləsi yerləşəcək: “Üçüncü yaşayış məhəlləsində 1239 mənzil inşa ediləcək və 5327 adam köçürüləcək. Dördüncü yaşayış məhəlləsində isə 892 mənzil inşa ediləcək və 3835 nəfər sakin köçürüləcək. Şəhərin şimalında salınacaq beşinci yaşayış məhəlləsində 1034 mənzil inşa ediləcək və 4446 nəfər sakinin ixtiyarına veriləcək”.