Şuşa +9 °C  
"Azərişıq": Ağdamda 2 Transformator yarımstansiyası tikiləcək

"Azərişıq": Ağdamda 2 Transformator yarımstansiyası tikiləcək

Ağdamda 35 kV-luq 4x2500 kVA gücündə 2 ədəd Transformator yarımstansiyasının tikintisi, 35 kV-luq kabel xətlərinin çəkilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında "Azərişıq" ASC-nin nümayəndəsi Vüsal Qəmbərov deyib.

O bildirib ki, xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşdırılır. Avadanlıqlar və kabel sifariş olunub.