Mədəniyyət
Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə
təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı:
Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
“Şuşa İli”
çərçivəsində #think4culture çağırışı
ilə gerçəkləşəcək tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf
perspektivlərinə həsr olunub.
Birinci hissəsi
Şuşada, ikinci hissəsi isə Bakıda keçiriləcək beynəlxalq konfransda 15-ə yaxın
ölkədən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət
iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və bu istiqamətdə öz
təkliflərini təqdim edəcəklər.
Tədbirin əsas
məqsədi mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə
iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının
gücləndirilməsi kimi məsələlərin müzakirəsi və bu sahəyə ictimai marağın təşviq
olunmasıdır.
Konfransa dəvət
olunan xarici ekspertlər mövzu üzrə beynəlxalq təcrübəni bölüşəcək və yerli
iştirakçılarla qlobal tendensiyalara dair fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq
elmi-praktik konfrans eyni zamanda Şuşa şəhərinin Azərbaycanın mədəniyyət
paytaxtı kimi statusunun beynəlxalq aləmdə təbliğinə, işğaldan azad edilmiş
ərazilərdə Azərbaycan tərəfindən artıq qısa müddət ərzində aparılmış bərpa və
yenidənqurma işlərinin beynəlxalq aləmdə tanınmasına xidmət edəcək, həmin ərazilərdə
mədəni və yaradıcı sənayelərin inkişafına töhfə olacaq.
Beynəlxalq
elmi-praktik konfrans barədə daha ətraflı məlumatlar aşağıda qeyd olunan sosial
media hesablarında mütəmadi olaraq yayımlanır: