Qarabağda
suvarma şəbəkələri üçün 7 layihə təklif edilib. Xaçınçay su anbarından 7 km-lik
kanalın açılışı bu il mümkün ola bilər.
Bunu Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi
qrupunun növbəti iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi
Elmar Orucov bildirib. Onun sözlərinə görə, Tərtər çayından 14 km-lik su xətti
də çəkilə bilər.
“Tərtər çayına buraxılan su kifayət deyil.
Buna səbəb Sərsəng su anbarıdır. 30 880 ha ərazi Xaçınçay suyu vasitəsi təmin
edilə bilər. Əgər çəkilən xətlərlə su olmayacaqsa, digər alternativlər də
nəzərdə tutulacaq”, - deyə qurumun nümayəndəsi vurğulayıb.
Dumanlı Şuşa