Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq
əzalarını itirmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
yüksək texnologiyalı yuxarı ətraf protezləri ilə təmin edilmiş qəhrəmanlarımız
arasında ilk dəfə stolüstü tennis yarışı təşkil olunub.
“Heydər Əliyev İli”nə həsr olunan, nazirliyin
tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
təşkilatçılığı və Stolüstü Tennis Federasiyasının dəstəyi ilə keçirilən yarışda
müharibə ilə əlaqədar əlilliyi olan 8 nəfər mübarizə aparıb.
Yarışı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Xüsusi
Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri, QHT nümayəndələri, azarkeşlər izləyib.
Maraqlı oyun
epizodları ilə keçən yarışın sonunda iştirakçılara sertifikat və medallar
təqdim edilib.
Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq 2020-ci ilin dekabr ayından müharibə
ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlə təminatına
başlanılıb. Ötən dövrdə 400 hərbçi 417 ədəd yüksək texnologiyalı müasir
protezlə təmin edilib.
Onlar son
nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman
bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək
bacarığına sahib olublar.
Bundan əvvəl isə müasir aşağı ətraf protezləri ilə təmin olunmuş müharibə veteranları arasında futbol yarışları təşkil olunub.
Dumanlı Şuşa