Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı
yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz
aksiyasında günorta saatlarında da canlanma müşahidə olunub.
Toplanış yerində etirazçıların tələbləri
dəyişməz olaraq qalır.
Hava şəraitinin soyuq və şaxtalı olmsına
baxmayaraq, etirazçılar ərazini tərk etmək niyyətində deyillər.
Hazırda ekofəallar və gənc könüllülər
Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Aksiya iştirakçıları bildirib ki, Laçın-
Xankəndi yolunun aksiya keçirilən ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol
humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı
yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda
etiraz aksiyası keçirilir. Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb.
Dumanlı Şuşa