Şuşada silah-sursat aşkar edilib
Bu barədə DİN-in Mətbuat Xidmətinin
Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin,
Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının
şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar
edilib.
Tapılan 1 “İqla” hava hücumundan müdafiə
sistemi, 1 “Faqot” tank əleyhinə sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl
qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar
və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.