"Ümumi
təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə
başlanılıb.
Bu
barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qaydalar
ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir.
Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış
qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Qeyd
edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və
valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin
ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.
Layihə
sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi,
UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət
təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil
müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə
görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.