Horadiz-Ağbənd dəmir
yolu xəttinin 110,4 kilometrlik hissəsinin tikintisi tamamlanıb.Bu gün Azərbaycan Dəmir Yolları QSC-nin
təşkilatçılığı ilə media nümayəndələrinin əraziyə media-turu təşkil olunub.
Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti
işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən
başlanılıb.
Dəmir yolu xətti tək
xətlidir və ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri,
Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd
avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd
suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 km rabitə
və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4
km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb,
genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma
işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir
yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu
418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.