Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərliyi
altında xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları
Şuşa ilə qardaşlaşmış Bolqarıstanın Veliko Tırnovo şəhərində rəsmi səfərdədir.
Səfərin əsas məqsədi tarixi paytaxt Veliko Tırnovo ilə Şuşa şəhərləri arasında
mədəniyyət əlaqələrini genişləndirmək və bu məqsədlə qarşılıqlı səfərləri təşkil
etməkdir. Səfər çərçivəsində xüsusi nümayəndə Veliko Tırnovo şəhərinin meri
Daniyel Panov və vilayətin qubernatoru Georgi Guguçkov ilə görüşlər keçirib, hər
iki tarixi şəhərin daha da sıx əməkdaşlığı istiqamətində fikir mübadiləsi
aparıb.
Səfəri zamanı Aydın Kərimov Heydər Əliyev Fondu tərəfindən 2016-cı ildə bərpa edilmiş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da olub. Bununla yanaşı, qonaqlara “Səs və işıq” adlı audio-vizual proqram təqdim olunub.