Ağır yaralanan iki qazimiz – Nəsirov Kənan
Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq
Vətənə qayıdıblar.
Bu barədə YAŞAT məlumat yayıb.
Bildirilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə
müəssisələrində davam etdiriləcək.
Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə
göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və
Vətənə qayıdıblar.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.