Şuşa +8 °C  
Cəbrayılda “Ağıllı tingçilik” ərazisində 200-dən artıq şam ağacı əkilib

Cəbrayılda “Ağıllı tingçilik” ərazisində 200-dən artıq şam ağacı əkilib

Cəbrayılda “Ağıllı tingçilik” ərazisində meşə park kompleksinin salınması məqsədilə media nümayəndələrinin iştirakı ilə 200-dən artıq şam ağacı əkilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə cari ildən yerli mütəxəssislər tərəfindən bu işlərin davam etdiriləcəyi və 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağı bildirilib.

2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə Qarabağ Tədbirlər Planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə bir sıra iki tərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Ümumilikdə 105 ha ərazi ANAMA mütəxəssisləri tərəfindən mina və partlamamış sursatdan təmizlənib.

Tinglikdə qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək.

Burada il ərzində ümumilikdə yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin salınmasına və yaşıllaşdırılmasına dəstək məqsədilə istifadə edilməsi planlaşdırılıb.