Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun
olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən
verilən məlumata görə, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan
Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi
qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin
kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının
aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki
olaraq icra edirlər.
Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.