Şuşa +8 °C  
Cəbrayılda yetişdiriləcək tinglərdən azad olunan ərazilərdə istifadə olunacaq

Cəbrayılda yetişdiriləcək tinglərdən azad olunan ərazilərdə istifadə olunacaq

Cəbrayıl rayonu ərazisində yandırılmış, məhv edilmiş, qırılmış meşələrin bərpası Türkiyə ilə Azərbaycanın müvafiq qurumları tərəfindən həyata keçirilir.

Bunu Cəbrayılda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, ərazidə terasların salınması işləri aparılır.

“Dostluq meşəsi” və teraslarla yanaşı digər ərazidə də "ağıllı" tinglik sahəsi yaradılır. Burada 8 hektarlıq ərazidə müasir stnadartlara uyğun tinglik olacaq. Tinglər Türkiyənin metodları ilə yetişdiriləcək. Bunun illik dövriyəsi 2 milyon ting olacaq ki, bunlar da yüksək keyfiyyətli olacaq”.

C.Qəribov bildirib ki, həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalma, meşəbərpa işlərində istifadə olunacaq:

"Həmçinin Meşəçilik Təlim Mərkəzi yaradılacaq. Bu da beynəlxalq təlim mərkəzidir. Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi adlandırılır. Burada həm Türkiyənin, həm Azərbaycanın meşəçilik, ekoloq mütəxəssisləri tərəfindən yerli mütəxəssislərə təlim, treninqlər keçiriləcək. Eyni zamanda qonşu ölkələrin, Asiya ölkələrinin də meşəçilik, ekoloq mütəxəssisləri burada tədris, təlim keçəcək və öz təcrübələrini bölüşəcəklər”, - deyə o qeyd edib.