Yel çərşənbəsi günündə əsən isti küləklər
yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü
çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli
çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Yel
çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar
qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar.
Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas
göstəricisi hesab olunur.
Bu
çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və
özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq
tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət
olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”,
“Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana
əsmə”, "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn,
küləknən gedər"... İnanclara görə, “Yeli əsdirəni söymək olmazdı, çünki
onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu
çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir,
dəyişir”. “Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan
dualar da tez qəbul olur”.
Dumanlı Şuşa