Tərtər
rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı
çərçivəsində ilk mərhələdə köçürüləcək ailələr kəndə doğru yola çıxıblar.
Bakı, Bərdə, Tərtər, Samux və
Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma
yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba
yurdlarına qayıdırlar.
Qeyd edək ki, Azərbaycan
hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini
yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda
yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə
görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə, həmçinin əhalinin
məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr
bağlanılıb.