Şuşa +8 °C  
Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq

Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq

Martın 18-dən Şuşaya Azərbaycan vətəndaşları üçün turlar başlayacaq. Düşünürük ki, bu ənənə xarici turistlərə də şamil ediləcək. Xarici turistlərin təkcə Şuşya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.

Bu fikirləri  Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Xatırladaq ki, Azərbaycanın turizm potensialı hazırda Moskvada keçirilən “MITT 2023” beynəlxalq səyahət və turizm sərgisində nümayiş etdirlir.