Azad edilmiş rayonların
bir neçə kəndinin şəhərsalma əsaslandırılmaları hazırlanır.
Bu barədə Nazirlər
Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub
ki, işğaldan azad edilmiş ərazilərdə ərazi planlaşdırılması sənədlərinin
hazırlanması sahəsində işlər davam etdirilərək Nazirlər Kabinetinin müvafiq
qərarları ilə işğaldan azad edilmiş ərazilərin Ümumi planı və Ağdam şəhərinin
Baş planı təsdiq edilib, Füzuli şəhərinin Baş plan layihəsinin aidiyyəti dövlət
orqanları ilə razılaşdırılması yekunlaşmaq üzrədir.
Şuşa, Cəbrayıl,
Kəlbəcər, Zəngilan və Qubadlı şəhərlərinin baş planlarının hazırlanması ilə
bağlı işlər davam etdirilir.
Eyni zamanda, Tərtər
rayonunun Suqovuşan və Talış kəndləri, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd
rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi, Füzuli rayonunun Pirəhmədli və Dədəli
kəndləri, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar kəndləri, Cəbrayıl rayonunun
Xudafərin qəsəbəsi və Şükürbəyli, Horovlu kəndləri, Qubadlı rayonunun Mahruzlu,
Zilanlı və Xanlıq kəndləri, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı
kəndləri, Laçın rayonunun Qorçu, Gülǝbird və Şəlvə kəndləri və Zəngilan
rayonunun Cahangirbəyli və Məmmədbəyli kəndlərinin şəhərsalma
əsaslandırılmalarının hazırlanması üzrə işlər yekun mərhələdədir.