Şuşa +9 °C  
ANAMA: Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

ANAMA-dan  verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.