Azərbaycan Hərbi Hava
Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq
təlim-məşq uçuşlarını icra edir.
MN-dən
verilən məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda
uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları
çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya
vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə
tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.
Dumanlı Şuşa