Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsinin ərazisində arxeoloji abidə aşkar edildikdə
dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyəti ləğv edilir.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərmana edilən
dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, artıq Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma,
abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar
edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək
səlahiyyətinə sahib olacaq.
Qoruqda tikinti işlərinin dayandırılması
Qaydasına da dəyişiklik edilib. Fərmana əsasən, Şuşa şəhərinin
ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə,
aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinə məlumat verilir.
Bu halda tikinti işlərinin davam
etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən qəbul
edilir.