Yol hərəkəti
qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə
də vəsait köçürüləcək.
Bu, Prezident İlham Əliyevin müvafiq
Fərmanında əksini tapıb.
Fərmana əsasən, yol hərəkəti
təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi
ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və
avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar
Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət
olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93
faizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.
Dumanlı Şuşa