Şuşa +12 °C  
Ötən ay 6 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay 6 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan  bildiriblər ki, martın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı 270 piyada əleyhinə, 656 tank əleyhinə mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 5 min 983.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.