Qürurla deyə
bilərik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın turizm
destinasiyası kimi inkişaf etdirilməsinə çalışırıq.
Bunu Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin -
“AITF 2023” açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Tuğ kəndində, Hadrut
qəsəbəsində, Ağdamda Şahbulaq qalası ətrafında ilkin turizm infrastrukturunun
yaradılması istiqamətində layihələndirmə işləri aparılır:
"Suqovuşan su anbarı ətrafında
turizm kompleksinin qurulması işi davam etdirilir. İnanırıq ki, turizm
insanlarımızın yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacaq".