Quru Qoşunlarının 2023-cü ilin döyüş
hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə
sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Müdafiə
Nazirliyindən verilən məlumata görə, heyətlər tərəfindən döyüş
maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti
düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan
tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib