Şuşa +8 °C  
Nuri Aksu: “Türk dövlətlərinin müxtəlif şəhərlərində “Şuşa günləri” keçiriləcək”

Nuri Aksu: “Türk dövlətlərinin müxtəlif şəhərlərində “Şuşa günləri” keçiriləcək”

“Türk dövlətlərinin müxtəlif şəhərlərində “Şuşa günləri” keçiriləcək”.

Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mədəniyyət və nəşriyyat işləri üzrə məsləhətçisi Nuri Aksu bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.

Onun sözlərinə görə, TÜRKSOY-a üzv ölkələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntılar barədə məlumatlıdır. “Sabah Şuşadakı görüşümüz çərçivəsində bu dağıntıları öz gözlərimizlə görmək imkanımız olacaq”, - o əlavə edib.

N.Aksu qurumun türk dünyasının irsini birləşdirmək naminə fəaliyyət göstərdiyini vurğulayıb.

“Biz Türkiyədə zəlzələ nəticəsində zədələnmiş mədəniyyət abidələrinin bərpasına da köməklik göstəririk”, - o əlavə edib.