Füzuli rayonunun ərazi-planlama sənədlərinin
hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. 18.03.2023-cü il tarixdə
Füzuli şəhərinin Baş Planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə işçi qrupunun rəhbəri
Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində
fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli
Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
N.Hümmətov bildirib ki, 2022-2026-cı illərdə
bərpa olunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə inşa
olunacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilmiş,
həmçinin Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanmış və həmin
sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaqdır.
"Dövlətyarlı kəndində tikinti işlərinin
cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə cari ilin oktyabr
ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin
- Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və
Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.