Şuşa +10 °C  
Füzuli şəhərində tikiləcək məktəb sayı açıqlanıb

Füzuli şəhərində tikiləcək məktəb sayı açıqlanıb

Füzuli şəhərində yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb.

Bu barədə Füzulinin Baş Planında qeyd edilib.

Bildirilib ki, məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko parkın salınması planlaşdırılıb.