Cari ilin döyüş hazırlığı planına
əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki
təlimlər keçirilib.
Müdafiə Nazirliyindən
verilən xəbərə görə, plana uyğun olaraq bölmələr daimi dislokasiya
məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş
mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə
tapşırıqları yerinə yetiriblər.
Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr "Smerç"
reaktiv yaylım atəşi sistemi və "DANA" özüyeriyən haubitsalardan
nümunəvi döyüş atışları icra ediblər.
Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan
tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə
qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları
zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı
əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və
praktiki vərdişlərinin artırılmasına yönəlib.