Azərbaycan itkin düşən əsgərlərlə bağlı
beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər
verir.
"Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət
qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun
Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü
il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn
Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Əsgərlərin Ermənistan ərazisində
saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə
bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunmuşdur.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat
veriləcəkdir", - məlumatda bildirilib.