Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü
ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi
heyəti ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə nazirlikdən
bildirilib.
Qeyd edilib ki, plana uyğun olaraq
snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq
sərrast atəşlə məhv edilib.
Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla
yerinə yetirib.
Taktiki-xüsusi
təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin
təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş
qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.
Dumanlı Şuşa