"Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər
həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir.
Bu barədə bu gün Azərbaycan Respublikası
Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad
edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin
Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi"
mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, işğaldan
azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək
olar.
"1-ci mərhələ
2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək
dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər
mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda
turizmin inkişafından ibarətdir", - E.Hüseynov deyib.