Şuşa +8 °C  
Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək 150 min iş yerinin açılacağı gözlənilir

Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək 150 min iş yerinin açılacağı gözlənilir

Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir.

Bu barədə bu gün Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.

"Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. "Ağdam Sənaye Parkı"nda iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 mindir", - o deyib.