Bugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin
16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin
16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib.
Bu barədə bu gün Azərbaycan
Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan
işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi
nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi"
mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
"38 726 hektar ərazi, o
cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010
ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib",
- o deyib.
Dumanlı Şuşa