Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm
avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2023-cü il saat 15:00-da
satışa çıxarılacaq.
Sərnişin daşınması ilə bağlı
sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı
www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Gediş və qayıdış biletləri əvvəlcədən
eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün
şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər.
Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə
oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş
ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə
verilib.