Şuşa +10 °C  
Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə olundu

Laçın sərhəd-buraxılış məntəqəsindən Prezidentə məruzə olundu

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. APA xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.  Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.