Azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun
olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 160
hektara yaxın sahədə 121 min 420 ədəd ağac tingi əkilib, 3000 kiloqram palıd və
Şərq çinarı toxumu səpilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi
məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılıb.
Bunu
Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasda Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji
məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov deyib.
O bildirib
ki, hidroloji avtomat stansiyalarının məlumatları mütəmadi qaydada Milli
Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.