Şuşa +10 °C  
Mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb

Mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib.

QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə baş vermiş mina hadisəsi ilə bağlı BAMF tərəfindən beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat səsləndirilib.

Bayanatda deyilir:

"2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kandi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynalxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdan aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildan BAMF-da çalışıb. 20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynalxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv faaliyyət göstərən BAMF-in İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib və son istifadəçiyə təhvil verib.

Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları il çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işgal dövründə Azərbaycan əraziləri başdan başa minalanıb və ciddi şəkildə çirkləndirilib. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünmaz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə də ehtiyac vardır. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmayıb və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəninki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xəttləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vatandaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.

Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş verib ki, nəticədə 5 nəfər mina qurbanına çevrilib.

Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökümətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azarbaycanın qlobal mina probleminə biganə qalmamağa və onun həllində öz dəstəyini göstərməyə çağırır".