Aprelin 24-30-da keçirilən “TEKNOFEST-2023” festivalı
çərçivəsində Türkiyənin Bursa şəhərlərində təşkil edilən Beynəlxalq “Pilotsuz
Uçuş Aparatları” (PUA) müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən
ibarət olan “DroneX” komandası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
adını verdikləri dronla yarışın qızıl medalına və kubokuna layiq görülüb.
İstanbul
Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin
tələbələrindən ibarət olan “DroneX” komandası 100-dən çox komandanın rəqabət
apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda qızıl medala
layiq görülüb.
Komandanın
kapitanı, Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin
sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə
etdikləri bu mükafatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və bütün
şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini bildirib.
Qalib
komandanın mükafatı bu gün təqdim olunacaq.