Şuşa +8 °C  
“Şuşa” BƏƏ-də keçirilən futvoley üzrə beynəlxalq turnirin qalibi olub

“Şuşa” BƏƏ-də keçirilən futvoley üzrə beynəlxalq turnirin qalibi olub

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan turnirdə “Şuşa” komandası ilə təmsil olunub.

Azərbaycan komandasının heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər.

Komanda qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarına qalib gələrək birinci olub. Daha sonra 1/4 final mərhələsində Türkmənistan komandası ilə qarşılaşan “Şuşa” yarımfinala yüksəlməyi bacarıb.

Yarımfinalda İsrail komandasını məğlub edən komanda finalda çox güclü İtaliya ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Şuşa” italyanları 2:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.