Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley
üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan turnirdə “Şuşa” komandası ilə təmsil olunub.
Azərbaycan komandasının heyətində futvoley
üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı
futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər.
Komanda qrup oyunlarında Danimarka,
Braziliya və BƏƏ komandalarına qalib gələrək birinci olub. Daha sonra 1/4 final
mərhələsində Türkmənistan komandası ilə qarşılaşan “Şuşa” yarımfinala
yüksəlməyi bacarıb.
Yarımfinalda İsrail komandasını məğlub edən
komanda finalda çox güclü İtaliya ilə qarşılaşıb. Gərgin idman mübarizəsi
şəraitində keçən final oyununda “Şuşa” italyanları 2:0 hesabı ilə məğlub
edərək, turnirin qalibi olub.
Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.